Hal-hazırda ABŞ, İngiltərə, Almaniya və Türkiyədə anbarlarımız mövcuddur.
ABŞ-dan — həftədə 2 dəfə
Türkiyədən — həftədə 5 dəfə
İngiltərədən — həftədə 1 dəfə
Almaniyadan — həftədə 1 dəfə
a) Aylıq 300 usd-ə qədər hər bir şəxs yükü öz adına gətirə bilər
b) 30 kq qədər
Əgər yük verilən məbləğin və çəkinin üzərində olarsa, bütün mallar üçün rüsum ödənməli olacaqdır. Bu səbəbdən sizdən xahiş olunur öncədən bu məsələni diqqətə alasınız
Qadağan olunmuş malların siyahısı genişdir, buna görə qısa bir nümunə təqdim edirik.
QADAĞAN OLUNMUŞ YÜKLƏR
• Hər cür silah növləri, onların hissələri və aksesuarları, döyüş sursatı
• Hərbi təyinatlı əşyalar və hərbi texnika
• Partlayıcı maddələr və partlayıcı komponentlər
• Təhlükəli və radioaktiv maddələr, həmçinin onların hazırlanmasına dair materiallar
• Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat və hazırlama texnologiyası
• Pornoqrafik materiallar, əxlaq pozğunluğunu, zorakılıq və terrorizmi təbliğ edən kontent
• Canlı heyvanlar
• Bitkilər və toxumlar
• Gizli kamera və xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismar ədəbiyyatı
• Müdafiə, MTN və DİN-in operativ istintaq fəaliyyətinə aid sənədlər və arxivlər
• Dövlət əhəmiyyətli sənədlər, layihələr və ixtiralar
• Xammal şəklində qiymətli metallar və qiymətli qaşlar
• Bank kartları
• Monetlər və pul əskinazları
• Hoverboard skuterlər
• Akkumulyatorlar və mühərriklər, amortizatorlar
• Maşın yağları və yağ tərkibli mallar
• Dini kitablar
• Hava nəqliyyatı ilə daşınması qadağan olunan bütün əşyalar
• Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan edilən mallar
Ölkələr üzrə xüsusi məhdudiyyətlər
ABŞ:
• Ətir, sprey, aerozol
• Alışan nişanı olan məhsullar
• Mobil telefonlar
• Batareyalar
İngiltərə:
• Sprey, aerozol
• Alışan nişanı olan məhsullar
• Mobil telefonlar
• Batareyalar və batareya ilə işləyən məhsullar
Almaniya:
• Ətir, sprey, aerozol
• Mobil telefonlar
• Alışan nişanı olan məhsullar
• Batareyalar və batareya ilə işləyən məhsullar
Türkiyə:
• Ətir, sprey, aerozol
• Bəzi qida məhsulları
• Alışan nişanı olan məhsullar
• Mobil telefonlar
• Batareyalar və batareya ilə işləyən məhsullar
Daşınma qiyməti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) metrik standartları əsasında müəyyən olunur. Yüklərin çəkisi bağlamaların ölçülərinə görə iki üsulla hesablanır:
1. Fiziki çəki
2. Həcm çəkisi
Hər hansı bir ölçü göstəricisi 100 sm və daha uzun olan bağlamalarda həm fiziki, həm də həcmi çəki hesablanır, və qiymət daha yüksək çəki əsasında müəyyən edilir.
Fiziki çəki qiymətləri ilə tanış olmaq üçün bu linkə daxil olun: http://aseshop.az/az/tariffs
Həcmi çəki əsasında hesablamada, bağlamanın həcmi aşağıdakı formul ilə müəyyən edilir: uzunluq (sm) × en (sm) × hündürlük (sm) ÷ 6000 və daşınma qiyməti əldə olunan həcmi çəkiyə əsasən hesablanır.
ASEshop ilə “Sifariş Et” Xidməti
* Qeyd: Azərbaycana birbaşa verilən sifarişlər üçün (Ozon, Iherb, Taobao) bu xidmət keçərli deyil.
• Aseshop.az saytında qeydiyyatdan keçirsiniz və şəxsi kabinetinizə daxil olursunuz
• Almaq istədiyiniz məhsulun linkini şəxsi kabinetinizdə “Sifariş Et” bölməsinə yerləşdirirsiniz
• Müraciətiniz 24 saat ərzində yoxlanılır və e-mail ilə geri dönülür
• Əgər məhsulun alınması mümkün deyilsə (səbəb: stokda olmaması, ödənişin keçməməsi və s.), bu barədə e-mail vasitəsilə məlumat verilir
